YENİLƏNİR: “Qəbələ” Rusiya klubuna qarşı
24.01.2019 , 11:02

Antalyada təlim-məşq toplanışında olan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirəcək.
Sənan Qurbanovun komandası 3-cü sınağında Rusiyanın birinci divizionunda çıxış edən “Fakel” klubu ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, “Qəbələ” bunadək Almaniyanın “Meppen” (1:2) və Rusiyanın “Yenisey” (2:2) klubları ilə qarşılaşıb. Əyalət təmsilçisi son yoxlama matçını yanvarın 26-da Macarıstanın “MTK Budapeşt” klubuna qarşı keçirəcək.
24 yanvar
Yoxlama oyunu
18:00. “Qəbələ” – “Fakel” (Rusiya)
“Arcadia” meydançaları
