“Qəbələ” “Herta”ya uduzub, Gənclər Liqası ilə vidalaşdı
28.11.2018 , 18:20

“Qəbələ”nin U-19 komandası bu gün UEFA Gənclər Liqasında Çempionlar yolunun II mərhələsində cavab oyununa çıxıb.
Təmsilçimiz səfərdə “Herta” ilə üz-üzə gəlib. Evdəki görüşdə rəqibinə 1:3 hesabı ilə uduzan “qırmızı-qaralar”ı Almaniyada çətin sınaq gözləyirdi. Komandamız turu keçmək üçün güclü rəqibinə ən azı 3 top fərqi ilə qalib gəlməli idi. Ancaq cavab matçında da Berlin klubuna uduzan “Qəbələ” Gənclər Liqasında mübarizəni dayandırıb.
UEFA Gənclər Liqası, Çempionlar yolu
II mərhələ, cavab oyunu
28 noyabr
16:00. “Herta” (Almaniya) – “Qəbələ” (Azərbaycan) – 1:0
Qol: Məhəmməd Kiprit,24
Hakimlər: Ferens Karako, Tibor Çatari, Norbert Bornemissa (hamısı Macarıstan), Lasse Koslovski (Almaniya)
Berlin. “Vurfplats” stadionu
İlk oyun – 3:1
