“Qarabağ” və “Səbail” qalib gəldi, “Neftçi” uduzdu
27.04.2019 , 20:50

Topaz Premyer Liqasında XXVI turun görüşlərinə start veriləcək.
Turun bütün görüşləri bu gün keçiriləcək.
“Qarabağ” səfərdə “Zirə”nin qonağı olub.Görüş Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qarabağ”ın çempionluq yolunda ən böyük rəqibi “Neftçi” doğma meydanda “Sumqayıt”a 2:3 hesabı ilə uduzub. “Sabah” çempionatın autsayderi “Keşlə” ilə bacarmayıb 1:1. Avrokuboklara düşmək üçün mübarizə aparan “Səbail” isə “Qəbələ” klubunu 2:1 hesabı ilə məğlub edib.
Topaz Premyer Liqası:
27 aprel
“Zirə” – “Qarabağ” 0:3
Qollar: 21′ Dani Kintana (0:1), 27′ Filip Ozobiç (0:2), 79′ Mahir Mədətov (0:3)
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov
Zirə İdman Kompleksinin stadionu
“Sabah” – “Keşlə” 1:1
Qol: 58′ Marko Deviç (1:0), 90+4′ Conatan Atiye (1:1)
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Əli Cəbrayılov, Elçin Məsiyev
“Əlincə Arena”
“Səbail” – “Qəbələ” 2:1
Qol: 19′ Fəhmin Muardbəyli (1:0), 24′ Ağabala Ramazanov (2:0) 42′ Bəhlul Mustafazadə (2:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
“ASCO Arena”
“Neftçi” – “Sumqayıt” 2:3
Qollar: 7′ Ruslan Abışov (1:0), 31′ Əmir Ağayev (1:1), 42′ Ülvi İsgəndərov (1:2), 72′ Baqali Dabo (2:2), 77′ Murat Xaçayev (2:3)
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Rahil Ramazanov, Vüqar Həsənli
“Bakcell Arena”
