Portuqaliya İtaliyaya qalib gəldi, Türkiyədən əzmkar qələbə
10.09.2018 , 23:48

UEFA Millətlər Liqasında ikinci turun oyunları davam edir.
Futbol11.az xəbər verir ki, bu gün turnirdə daha 8 oyun keçirilib. Türkiyə səfərdə İsveç üzərində əzmkar qələbə qazanıb – 3:2. Portuqaliya İtaliyanı 1:0 hesabı ilə məğlub edib.
Millimiz səfərdə Malta ilə bərabərə qalıb – 1:1. Qrupumuzun digər matçında Kosovo Farer adalarını əliboş yola salıb – 2:0.
Millətlər Liqası
II tur
10 sentyabr
A liqası
III qrup
Portuqaliya – İtaliya – 1:0
Qol: Andre Silva, 48
B liqası
II qrup
İsveç – Türkiyə – 2:3
Qollar: İsak Telin, 35, Viktor Klaesson, 49 – Hakan Çalhanoğlu, Emre Akbaba, 88, 90+2
C liqası
I qrup
Şotlandiya – Albaniya – 2:0
Qollar: Berat Cimsiti, 47 (avtoqol), Stiven Neysmit, 68
IV qrup
Monteneqro – Litva – 2:0
Qollar: Stefan Saviç, 34 (pen.), Marko Yankoviç, 35
Serbiya – Rumıniya – 2:2
Qollar: Aleksandar Mitroviç, 26, 63 – Nikolae Stanku, 48 (pen.), Jorje Çukudyan, 68
D liqası
III qrup
Malta – Azərbaycan – 1:1
Qollar: Andre Aqius, 10 (pen.) – Təmkin Xəlilzadə, 26
Kosovo – Farer adaları – 2:0
Qollar: Arber Zeneli, 50, Atde Nuhiu, 54
I qrup
Andorra – Qazaxıstan – 1:1
Qollar: Xordi Alaes, 86 – Yuri Levginenko, 68
