“Neftçi” və “Sumqayıt” qalib gəldi
06.04.2019 , 20:12

Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura start veriləcək.
İlk oyun günündə 2 matç keçiriləcək. “Sumqayıt” evdə “Keşlə” ilə qarşılaşacaq. Bu qarşılaşma hər iki komanda üçün elitada mövqeyini qorumaq baxımından çox əhəmiyyətlidi.
Günün digər görüşündə lider “Neftçi” “Zirə”ni qəbul edəcək. “Qarabağ”la birlikdə turnir başçılıq rəhbərlik edən “ağ-qaralar” qələbə qazanaraq liderliyi qorumağa çalışacaq.
“Sumqayıt” – “Keşlə” – 2:1
Qollar: Peyman Babayi, 4, Cavid Tağıyev, 85 – Samir Məsimov, 40
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Qəzənfər Məmmədov, Rauf Cabarov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Sumqayıt şəhər stadionu, 16:00
“Neftçi” – “Zirə” – 4:2
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvion Talıbov, Rövşən Rəcəbov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Ələddin Ələkbərov
8-ci km stadionu, 18:00
