“Neftçi” “Səbail”ə uduzdu, “Zirə” qalib gəldi
24.02.2019 , 21:00

Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulacaq. İkinci oyun günündə iki görüş keçiriləcək.
Lider “Neftçi” “Səbail”i qəbul edəcək. 8-ci km stadionunda baş tutacaq matçda “ağ-qaralar” çempionluq yarışında əsas rəqibi “Qarabağ”ın xal itkisindən yararlanıb fərqi fərqi 3-ə qaldırmağa çalışacaq.
Tura Sumqayıtda yekun vurulacaq. Turnir cədvəlinin son sıralarında qərarlaşan “Sumqayıt”la “Zirə” münasibətlərinə aydınlıq gətirəcək.
Azərbaycan Premyer Liqası
XVIII tur
24 fevral
16:00. “Neftçi” – “Səbail” 1:2
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Elşad Abdullayev, Namiq Bəkirov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
8-ci km stadionu
18:30. “Sumqayıt” – “Zirə” 0:1
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Vüqar Həsənli
Hakim-inspektor: Əhmədağa Cabbarov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Sumqayıt. Şəhər stadionu
