“Zirə” və “Neftçi” qalib gəldi
10.02.2019 , 18:30

Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura yekun vurulacaq. Son oyun günündə iki görüş keçiriləcək.
Lider “Neftçi” evdə autsayder “Keşlə”ni qəbul edəcək. Günün digər matçında isə “Səbail” doğma meydanda son pillədə qərarlaşan “Zirə” ilə üz-üzə gələcək.
10 fevral
Azərbaycan Premyer Liqası, 16-cı tur
“Neftçi” – “Keşlə” 2:0
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rövşən Rəcəbov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Bakcell Arena”, 14:00
“Səbail” – “Zirə” 0:2
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Nail Nağıyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Bayıl Arena”, 16:30
