“Barselona”dan darmadağın
29.10.2018 , 00:55

Bu gün bütün dünyanın diqqəti İspaniyaya yönələcək.
La Liqada 2018-2019 mövsümünün ilk “El-Klassiko”su keçiriləcək. “Nou Kamp”da oynanılacaq matça hər iki tərəf maksimum nəticə üçün çıxacaq. 18 xalla ikinci pillədə olan “Barselona” əzəli rəqibini məğlub edib, liderliyi ələ keçirmək niyyətindədir. “Real” isə hazırda 4 xal geri qaldığı kataloniyalılarla fərqin açılmağını istəmir.
Marqlıdır ki, uzun fasilədən sonra “El-Klassiko” ilk dəfə Kriştiano Ronaldo və Lionel Messisiz oynanılacaq. Birinci məlum səbəbə görə oynamayacaqsa, ikinci zədəsinə görə görüşü buraxacaq.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə 19:15-də başlayacaq.
La Liqa, 10-cu tur
28 oktyabr
19:15. “Barselona” – “Real” 5-1
Qollar: Koutinyo,11; Suarez, 30(pen.), 75, 82; Marselo, 50; Vidal 85
