Millimiz Avropa çempionatına ağır məğlubiyyətlə başladı
14.11.2018 , 15:55

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında seçmə mərhələyə start verib
Gürcüstanda meydan sahibləri, İsrail və Lixtenşteynlə mübarizə aparan komandamız tarixində 25-ci dəfə bu yarışa qatılıb. Yığmamızın ilk rəqibi İsrail millisi olub. Zəif rəqiblərlə eyni qrupda yer alan Vüqar Məmmədin yetirmələri qrupdan çıxmaq üçün ilk qarşılaşmasından qələbə ilə ayrıla bilməyib.
Belə ki, görüş komandamızın 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qrupumuzn digər oyununda isə Gürcüstan və Lixtenşteyn yığmaları üz-üzə gələcəklər. Həmin görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
U-19-lar arasında Avropa çempionatı
I qrup
I tur, 14 noyabr
14:00. Azərbaycan – İsrail – 1:4
Qollar: Emil Qasımov, 82 – Məhəmməd Kanaan, 9, Şadi Masarva, 28, Bar Arad, 56, 64
Hakimlər: Erik Lambrext, Karel De Roker (hər ikisi Belçika), Giorgi Elikaşvili (Gürcüstan)
Tiflis, Mixail Mesxi adına stadion.
