Millimiz Norveçə məğlub oldu
11.09.2018 , 22:00

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib
Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda “Dalğa Arena”da Norveçi qəbul edib
Azərbaycan millisi qrupda keçirdiyi 8 oyunda yalnız 2 xal qazana bilib. Komanda bu nəticə ilə sonuncu – altıncı pillədə qərarlaşıb və növbəti mərhələyə yüksəlmək şansını itirib.
Qeyd edək ki, millimiz qrupda sonuncu oyunun oktyabrın 10-da səfərdə Norveç millisinə qarşı keçirəcək.
11 sentyabr
Avropa çempionatı, seçmə mərhələ
20:00. Azərbaycan – Norveç 1:3
Qollar: Brik Risa, 48 (0:1), Morten Thorsbi, 50 (0:2), Barış Ekincier, 56 (1:2), Morten Thorsbi, 76 (1:3)
Hakimlər: Barbeno Luka, Françesko Lunardon, Salvatore Tuttifrutti, Mişel Skarpino (San Marino)
“Dalğa Arena”
