Yığma komanda seçmə mərhələnin ilk oyununda darmadağın oldu
23.10.2018 , 15:58

Albaniya, Çexiya və Norveçlə VIII qrupda yer alan Ramin Quliyevin yetirmələri ilk görüşünü sonunculara qarşı keçirəcək.
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi üçün Avropa çempionatının seçmə mərhələsi start götürür. Matç.az saytının məlumatına görə, komandamız bu gün qrupda ilk oyununa çıxacaq.
Albaniya, Çexiya və Norveçlə VIII qrupda yer alan Ramin Quliyevin yetirmələri ilk görüşünü sonunculara qarşı keçirəcək. “Roza Haciu” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə 14:00-da start götürəcək.
Qeyd edək ki, qrupun bütün oyunları Albaniyada oynanılacaq.
U-17-lər arasında Avropa çempionatının seçmə mərhələsi
VIII qrup
I tur, 23 oktyabr
14:00. Azərbaycan – Norveç – 1:4
Qollar: Musa Qurbanlı, 89 – Herman Gelmuyden, 18 (pen.), Robin Skroqstad, 19, Fredrix Oppeqard, 20, Nils Vallotto, 71
Hakimlər: Admir Şehoviç, Sreten Udoviçiç (hər ikisi Bosniya və Herseqovina), Elis Pulay, Florian Lata (hər ikisi Albaniya)
Luşnya. “Roza Haciu” stadionu
