“Liverpul” – “Arsenal” matçında bərabərlik
03.11.2018 , 23:20

Bu gün İngiltərə Premyer Liqasında XI tura start veriləcək. Turun görüşləri 3 gün davam edəcək.
İlk qarşılaşmada “Mançester Yunayted” “Bornmut”un qonağı olacaq. Turun mərkəzi qarşılaşması Londonda keçiriləcək.
“Arsenal” Premyer Liqanın şərikli lideri “Liverpul”u qəbul edəcək. İlk “dördlük”də qərarlaşanların duelindəki qələbə meydan sahiblərinə liderlərə yaxınlaşmaq imkanı verəcəksə, qonaqlar 1 xalla da zirvəyə yüksələcək.
İngiltərə Premyer Liqası
XI tur
3 noyabr
“Bornmut” – “Mançester Yunayted” – 1:2
Qollar: Uilson, 11 – Marsial, 35, Reşford, 90
“Kardiff” – “Lester” – 0:1
Qol: Gray, 55
“Everton” – “Brayton” – 3:1
Qollar: Riçarilson, 26; 78; Koleman, 50 – Dunk, 33
“Nyukasl” – “Uotford” – 1:0
Qol: Peres, 60
“Vest Hem” – “Bernli” – 4:2
Qollar: Arnautoviç, 10; Anderson, 68; 84; Çiçarito, 90+3 – Gudmundsson, 45; Vud, 78
“Arsenal” – “Liverpul” – 1:1
Qollar: Lakazet, 82 – Milner, 61
