“Qəbələ” və “Sumqayıt” finala çıxdı
01.05.2019 , 21:55

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab görüşləri keçirilib.
“Qarabağ” doğma meydan “Qəbələ” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. İki görüşün nəticəsinə əsasən “Qəbələ” finala yüksəlib.
“Zirə” evdə “Sumqayıt”ı qəbul edib. Görüşün ilk hissəsində qonaqlar rəqibin qapısından 3 cavabsız top keçiriblər. İkinci hissə meydan sahibləri üstünlüyü ələ alıb və hesabı bərabərləşdiriblər – 3:3.
Qeyd edək ki, Azərbaycan kubokunun finalı mayın 19-da keçiriləcək.
Azərbaycan kuboku
Yarımfinal
1 may (çərşənbə)
“Qarabağ” – “Qəbələ” 2:1
Qol: 37′ Miçel Madera (1:0), 58′ Dani Kintana (2:0), 81′ David Volkov (2:1)
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 0:1
“Zirə” – “Sumqayıt” (ikinci hissə) 3:3
Qollar: 19′ Peyman Babai (0:1), Peyman Babai (0:2), 45′ Peyman Babai (0:3), 47′ Pərdis Fərcad-Azad (1:3), 84′ Sezar Rodriqez (2:3), 95′ Şafik Tiqrudja (3:3)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Zirə İdman Kompleksinin stadionu
İlk oyun – 0:0
