YENİLƏNİR: “Sumqayıt” uduzdu, “Zirə” “Neftçi”dən xal itkisi
16.02.2019 , 19:55

Bu gün Topaz Premyer Liqada 17-ci tura start veriləcək. Turun açılış oyununda “Sumqayıt” “Keşlə”nin qonağı olacaq. Bakı klubu bu oyunda qalib gələrsə, 15 xalla 6-cı pillədə qərarlaşan rəqibini keçəcək.
Digər matçda “Zirə” lider “Neftçi”ni qəbul edəcək. Roberto Bordinin komandası qələbə qazanaraq ən yaxın izləyicisi “Qarabağ”la aradakı 3 xallıq fərqi artırmağa çalışacaq.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.
Topaz Premyer Liqa, 17-ci tur
16 fevral (şənbə)
15:00. “Keşlə” – “Sumqayıt” 2:1
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Pərvin Talıbov, Rauf Allahverdiyev
“ASK Arena”
17:30. “Zirə” – “Neftçi” 0:0
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Ziya Nəsirov
Zirə İdman Kompleksinin stadionu
