YENİLƏNİR: Çempionlar Liqasında ilk finalçı müəyyənləşir
07.05.2019 , 19:45

Bu gün UEFA Çempionlar Liqasında ilk finalçının adına aydınlıq gələcək.
İspaniyanın “Barselona” klubu “Enfild Road”da “Liverpul”un qonağı olacaq. Meydan sahiblərinin heyətində Məhəmməd Salah, Roberto Firminyo və Nabi Keyta zədə səbəbi ilə meydana çıxa bilməyəcək. Katalonların heyətində isə “Selta” ilə görüşdə zədələnə Usman Dembele meydana çıxmayacaq.
Çempionlar Liqası, yarmfinal
7 may, çərşənbə axşamı
23:00 “Liverpul” – “Barselona” (ilk oyun 0:3)
Hakimlər: Cüneyt Çakır, Bahattin Duran, Tarık Onqun – VAR: Feliks Zvayer və Saşa Stegeman
