“Real” Çempionlar Liqasında mübarizəni dayandırdı
06.03.2019 , 03:26

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.
Keçiriləcək iki oyundan sonra 1/4 finala yüksələn ilk iki komanda müəyyənləşib.
“Real” səfərdə 2:1 hesabı ilə məğlub etdiyi “Ayaks”ı doğma meydanda qəbul edib. Çempionlar Liqasının son üç qalibi mübarizəni gözlənilmədən dayandırıb. Amsterdam təmsilçisi meydan sahiblərinə 4:1 hesabı ilə qalib gələrək, 1/4 finala yüksəlib.
“Borussiya” isə evdə ilk oyunda 0:3 hesabı ilə uduzduğu “Tottenhem”lə qarşılaşıb. Dortmund klubu bu görüşdə 0:1 hesabı ilə uduzub. Hər iki qarşılaşmada qalib gələn London klubu 1/4 finala adlayıb.
Çempionlar Liqası, 1/8 final, cavab oyunları
6 mart
“Real” – “Ayaks” – 1:4
Qollar: Qaret Beyl, 70 – Hakim Ziyeç, 7, David Nereş, 18, Duşan Tadiç, 62, Lasse Şone, 72
İlk oyun – 2:1
“Borussiya” (Dortmund) – “Tottenhem” – 0:1
Qol: Harri Keyn, 49
İlk oyun – 0:3
