Çempionlar Liqasında sonuncu yarımfinalçılar bəlli oldu
17.04.2019 , 01:12

Bu gün Çempionlar Liqasında 1/4 finalın daha iki cavab görüşü keçiriləcək. Bununla da bütün yarımfinalçıların adlarına aydınlıq gələcək.
Doğma meydanda “Portu” klubuna 2:0 hesabı ilə qalib gələn “Liverpul” klubu səfər görüşünə rahat çıxacaq. Meydan sahibləri isə “Roma” ilə görüşdən sonra daha bir geri dönüş etmək üçün mübarizə aparacaqlar.
İlk görüşdə “Tottenhem” klubuna 0:1 hesabı ilə məğlub olan “Mançester Siti” azarkeşləri qarşısında yarımfinala çıxmaq üçün mübarizə aparacaq.
Çempionlar Liqası
17 aprel, çərşənbə
23:00.”Portu” (Portuqaliya) 1:4 “Liverpul” (İngiltərə) (İlk oyun – 0:2)
Qol: 26′ Sadio Mane (0:1), 65′ Məhəmməd Salah (0:2), 69′ Eder Militao (1:2), 77′ Roberto Firminyo (1:3), 84′ Vircil Van Dayk (1:4)
23:00.”Mançester Siti” (İngiltərə) 4:3 “Tottenhem” (İngiltərə) (İlk oyun – 0:1)
Qollar: 4′ Rahim Sterlinq (1:0), 7′ Son (1:1), 10′ Son (1:2), 11′ Bernardo Silva (2:2), 21′ Rahim Sterlinq (3:2), 59′ Serxio Aqüero (4:2), 73′ Fernando Lorente (4:3)
