“Çelsi” və “Mançester Yunayted” xalları yarı böldü
21.10.2018 , 09:47

İngiltərə çempionatında IX tura start verilib. Turun görüşləri 3 gün ərzində keçirilir.
Tur mərkəzi oyunla başlayıb. “Çelsi” və “Mançester Yunayted” növbəti duelə çıxıb. Komandalar hərəyə 1 xalla kifayətləniblər.
London klubu ilə liderliyə şərik olan komandalardan “Liverpul” səfərdə, “Mançester Siti” evdə oynayıb. “Qırmızılar”a qələbə üçün 1 qol kifayət edibsə, “şəhərlilər” 5 cavabsız qolla qalib gəliblər. Bununla Premyer Liqada ikihakimiyyətlilik yaranıb.
“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Arsenal” turun son günündə meydana çıxacaq. “Topçular” “Lester”lə üz-üzə gələcək.
İngiltərə Premyer Liqası
IX tur
20 oktyabr
“Çelsi” – “Mançester Yunayted” – 2:2
“Bornmut” – “Sauthempton” – 0:0
“Kardiff” – “Fulhem” – 4:2
“Mançester Siti” – “Bernli” – 5:0
“Nyukasl” – “Brayton” – 0:1
“Vest Hem” – “Tottenhem” – 0:1
“Vulverhempton” – “Uotford” – 0:2
“Haddersfild” – “Liverpul” – 0:1
21 oktyabr
19:00. “Everton” – “Kristal Pelas”
22 oktyabr
23:00. “Arsenal”- “Lester”
