“Barselona” və “Ayaks” Çempionlar Liqasında yarımfinala yüksəldi
17.04.2019 , 00:54

Bu gün Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına start veriləcək. Keçiriləcək iki görüşlə ilk yarımfinalçılar bəlli olacaq.
“Barselona” İspaniyada “Mançester Yunayted”lə qarşılaşıb. Messinin dubl etdiyi görüşdə, Koutinyonu da fərqlənib. Görüşü katalonların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Digər matçda isə “Yuventus” “Ayaks”ı qəbul edib. Meydan sahibləri hesabı Kriştiano Ronaldo ilə açsa da, qonaqlar ruhdan düşməyib və 2:1 hesabı ilə qalib gəliblər.
16 aprel
Çempionlar Liqası
1/4 finalın cavab oyunları
23:00. “Barselona” (İspaniya) 3:0 “Mançester Yunayted” (İngiltərə) (İlk oyun – 1:0)
Qollar: 16′ Lionel Messi (1:0), 20′ Lionel Messi (2:0), 61′ Filipp Koutinyo (3:0)
23:00. “Yuventus” (İtaliya) 1:2 “Ayaks” (Hollandiya) (İlk oyun – 1:1)
Qollar: 28′ Kriştiano Ronaldo (1:0), 34′ Doni van de Bik (1:1), 67′ Matias De Lixt (1:2)
17 aprel
23:00.”Portu” (Portuqaliya) – “Liverpul” (İngiltərə)
İlk oyun – 0:2
23:00.”Mançester Siti” (İngiltərə) – “Tottenhem” (İngiltərə)
İlk oyun – 0:1
