Azərbaycan millisi Macarıstana uduzdu
08.06.2019 , 23:23

Azərbaycan millisi bu gün AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununa çıxacaq.
Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Bakıda Macarıstan yığmasını qəbul edəcək. 8-ci km stadionunda keçiriləvək qarşılaşma saat 20:00-da start götürəcək.
İlk matçda səfərdə Xorvatiyaya uduzan komanda (1:2) ilk ev görüşündə yaxşı nəticəyə ümid bəsləyir. Macarlar isə ilk matçda səfərdə Slovakiyaya 0:2 hesabı ilə uduzub, evdə Xorvatiyaya qalib gəliblər- 2:1.
AVRO-2020-nin seçmə mərhələsi
E qrupu
8 iyun
20:00. Azərbaycan – Macarıstan 1:3
Baş hakim: Kevin Blom (Hollandiya)
Bakı. 8-ci km stadionu
