Avropa liqası

Avropa Liqası: “Çelsi” “Dinamo”, “Arsenal” “Renn” ilə qarşılaşacaq

22.02.2019 , 16:13

Bu gün Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb. Matc.az saytının məlumatına görə, mərasim UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında baş tutub.

Bakı vaxtı ilə saat 16:00-da başlayan püşkatma mərasimində yoluna davam edən 16 komandanın rəqibi bəlli olub.

 

1/8 finalın cütlükləri

“Çelsi” (İngiltərə) – “Dinamo” (Kiyev, Ukrayna)

“Ayntraxt” (Almaniya) – “İnter” (İtaliya)

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Benfika” (Portuqaliya)

“Napoli” (İtaliya) – “Zalsburq” (Avstriya)

“Valensiya” (İspaniya) – “Krasnodar” (Rusiya)

“Sevilya” (İspaniya) – “Slaviya” (Çexiya)
“Arsenal” (İngiltərə) – “Renn” (Fransa)
“Zenit” (Rusiya) – “Vilyarreal” (İspaniya)

1/8 final mərhələsinin ilk oyunları martın 7-də, cavab görüşləri isə 14-də keçiriləcək.

Son yazılar

Yuxarı