Argentina Xorvatiyaya məğlub oldu
21.06.2018 , 23:40

Dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək.
İlk olaraq C qrupunda ikinci turun matçları oynanılacaq.
Günün son matçında Argentina və Xorvatiya yığmaları görüşəcək. D qrupunda ikinci turun ilk matçına maraq böyükdür. Çempionatın favoritlərindən olan, lakin birinci oyunda qələbəyə həsrət qalan Argentina yığması xorvatlarla görüşdə mütləq qələbə qazanmalıdır. Əks halda Messi və komanda yoldaşları mundialla elə qrup mərhələsində vidalaşa bilərlər. Xorvatiya isə ardıcıl ikinci qələbəsini qazansa, 1/8 finala yüksələcək.
DÇ-2018
21 iyun
II tur
C qrupu
19:00. Fransa – Peru 1:0
Qol: Kilian Mbappe, 34
Baş hakimlər: Məhəmməd Abdulla Məhəmməd (BƏƏ)
Yekaterinburq, “Yekaterinburq Arena”
16:00. Danimarka – Avstraliya 1:1
Baş hakim: Antonio Matyö Lahoz (İspaniya)
Samara, “Samara Arena”
D qrupu
22:00. Argentina – Xorvatiya 0:3
Baş hakim: Ravşan İrmatov (Özbəkistan)
Nijni Novqorod, “Nijni Novqorod” stadionu
