AFFA-da milli komandalarla bağlı müzakirə
08.12.2018 , 09:50

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Yığıncaq assosiasiyanın inzibati binasında gerçəkləşəcək.
Saat 11:00-da başlayacaq iclasın gündəliyinə duran əsas məsələ Azərbaycan milli komandalarıdı. Komitə üzvləri öncə əsas yığmanın son 1 il ərzində göstərdiyi nəticələrin müzakirəsini aparacaq.
Ardınca aşağı yaş qruplarından ibarət millilərin strategiyası barədə fikir mübadiləsinə yer veriləcək. İcraiyyə Komitəsi klubların Lisenziyalaşdırması prosesi ilə bağlı maliyyə şəffaflığı barədə qərar qəbul edib, həmçinin Hakimlər Komitəsinin tərkibinin təsdiqləməlidi.
İclasın sonunda komitə üzvləri digər məsələlər barədə müzakirələrə yer ayıracaq
