Topaz Premyer Liqasında 25-ci tura start verilib.
Tura bu gün keçiriləcək "Sumqayıt" – "Səbail" oyunuyla yekun vurulacaq. Samir Abasovun yetirmələri doğma meydanda qalib gəlməklə, Avroliqaya vəsiqə verən 3-cü pillədə mövqeyini bir az da möhkəmləndirəcək. Belə ki, "kimyaçılar"ın bu pillə uğrunda əsas rəqibləri "Neftçi" və "Zirə" turu məğlub başa vurduqlarından, "gənclik şəhəri" təmsilçisinin doğma meydanda qazanacağı 3 xal bu komandanı paytaxt təmsilçilərindən bir az da uzaqlaşdıracaq. Çempionatı ən yaxşı halda 6-cı pillədə başa vura biləcək "Səbail" isə həmişəki kimi əzmkar oyunu ilə rəqibini büdrətməyə çalışacaq.
29 aprel
19:00 "Sumqayıt" – "Səbail" 1-2
Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Azər Əsgərov, Ramil Diniyev
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Kərim Ağayev
Sumqayıt. Şəhər stadionu, 19:00
