Mövsümün ikinci yarısına hazırlığı Antalyada davam etdirən "Sumqayıt" bu gün növbəti yoxlama matçına çıxacaq. Samir Abasovun rəhbərlik etdiyi komanda Rusiya təmsilçisi "Anji" ilə üz-üzə gələcək.
Qarşılaşma "Titanic Belek" otelinin stadionunda, yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 18:00) start götürəcək.
Yoxlama oyunu
31 yanvar
Sumqayıt (Azərbaycan) – Anji (Rusiya) 0:1
Sumqayıt: 23. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov 5. Vüqar Bəybalayev, 10. Cavid İmamverdiyev, 11. Ehtiram Şahverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyyubov, 90. Ülvi İsgəndərli.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Kamal Mirzəyev, 7. Cavid Tağıyev, 9. Amil Yunaov, 13. Bəhlul Mustafazadə, 17. Nicat Qurbanov, 20. Rüfət Abdullazadə, 36. Süleyman Süleymanov, 39. Tural Bayramlı, 97. Xəyal Nəcəfov.
