Yanvarın 20-dən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Səbail” bu gün növbəti yoxlama oyununa çıxacaq
Komanda Slovakiyanın yüksək liqa təmsilçisi “Senica” klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Qeyd edək ki, "Səbail" bundan əvvəl Bolqarıstanın “Lokomotiv”inə 1:3 hesabı ilə uduzub, “Çernomorets” (Ukrayna – 0:0) və “Napredak”la (Serbiya – 1:1) heç-heçə edib.
1 fevral
Yoxlama oyunu
"Səbail" – "Senica" (Slovakiya) 2:2
