Bu gün UEFA Çempionlar Liqasının 2-ci turu çərçivəsində növbəti oyunlar keçiriləcək. Avropanın ən nüfuzlu klub turnirindəki təmsilçimiz “Qarabağ” qrup mərhələsində ilk ev oyununu keçirəcək.
Ağdam təmsilçisi Bakı Olimpiya Stadionunda İtaliyanın “Roma” klubunu qəbul edəcək.
İlk oyunda səfərdə “Çelsi”yə böyük hesabla uduzan (0:6) “köhlən atlar” doğma azarkeşlər önündə yaxşı nəticə qazanmağa çalışacaq.
Qrupdakı ilk oyununda evdə “Atletiko” (Madrid) ilə heç-heçə edən (0-0) “canavarlar” isə cari mövsümdə turnirdədəki ilk qalibiyyətini əldə etməyə səy göstərəcək.
Qarşılaşma saat 20:00-da başlayacaq.
27 sentyabr
C qrupu
20:00 Qarabağ (Azərbaycan) – Roma (İtaliya) – 1:2
Qol: Manolyas 7, Dzeko 15, Pedro 28`
Baş hakim: Artur Dias
Baş hakimin köməkçiləri: Rui Tavares, Paulo Soares
Əlavə hakim köməkçiləri: Tiaqo Martins, Joao Pineyro
Dördüncü hakim: Bruno Rodriqes (hamısı Portuqaliya)
Hakim-inspektor: Haim Yakov (İsrail)
UEFA nümayəndəsi: Oleq Xarlamov (Estoniya)
Bakı Olimpiya Stadionu
