Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə start veriləcək.
Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələyə yüksələn “Qarabağ” öz meydanında “Kopenhagen”ini sınağa çəkəcək.
Daha bir tarixi uğura imza atıb ÇL-in qrupuna yüksəlməyi planlaşdıran Ağdam klubu Danimarka çempionu ilə ev oyununda sərfəli nəticə qazanmağa çalışacaq.
15 avqust
UEFA Çempionlar Liqası
Pley-off, ilk oyun
20:00. “Qarabağ” (Azərbaycan) – “Kopenhagen” (Danimarka) – 1:0
Qol: Mədətov 25.
Baş hakim: Paolo Talyavento
Yan xətt hakimləri: Alessandro Calyatini, Alessandro Kostantso
Dördüncü hakim: Filippo Meli (hamısı İtaliya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
