Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yekun vurulacaq. Turnirdəki təmsilçimiz “Qarabağ” da həlledici qarşılaşmaya çıxacaq. Qurban Qurbanovun komandası səfərdə “Kopenhagen”in qonağı olacaq.
Ağdam klubu Bakıdakı ilk oyunda 1:0 hesablı qələbə qazandığından səfərə üstün yollanıb. Çempionumuz qol vuracağı halda, istənilən minimalhesablı məğlubiyyət də mərhələ adlamağa imkan verəcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab görüşü
23 avqust
22:45. “Kopenhagen” (Danimarka) – “Qarabağ” (Azərbaycan) – 2:1
Qol: Santander 45, Dino 63, Verbiç 67.
Baş hakim: Alberto Undiano Malyenko
Köməkçi hakimlər: Roberto Alonso, Raul Kabanero
Dördüncü hakim: Dieqo Barbero Sevilla
Kopenhagen. “Parken” stadionu
