Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib.
Azərbaycan futbolu tarixində ilk dəfə qitənin ən mötəbər klub turnirinin qrup mərhələsinə yüksələn “Qarabağ” da debüt oyununa çıxıb.
Ağdam klubu səfərdə Avropanın aparıcı klublarından olan “Çelsi”nin qonağı olub.
12 sentyabr
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, I tur
22:45. “Çelsi” (İngiltərə) – “Qarabağ” (Azərbaycan) – 6:0
Qol: Pedro 5`, Zapakosta 30`, Azpiliketa 55`, Bakayoko 71`, Batşuayi 75`, 82`
Baş hakim: Anastasios Sidiropoulos
Yan xətt hakimləri: Polixronis Kostaras, Lazaros Dimitriadis
Əlavə yardımçı hakimlər: Xaralambos Kalogeropoulos, Alexandros Aretopoulos
Dördüncü hakim: Damianos Efthimiadis (Hamısı Yunanıstan)
London. “Stemford Bric”
