Bu gün Topaz Premyer Liqada 9-cu tura yekun vurulacaq.
Son oyun günündə turun mərkəzi matçı keçiriləcək.
Lider “Qarabağ” 3-cü pillədə qərarlaşan “Qəbələ”nin qonağı olacaq. Komandalar arasında cəmi 3 xalın olmağı oyuna marağı bir qədər də artırır.
Komandalar arasında ilk dövrədə “Azərsun Arena”da keçirilən oyunda “Qarabağ” 2:1 hesablı qələbə qazanmışdı.
22 oktyabr (bazar)
18:30. “Qəbələ” – “Qarabağ” 1:0
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Akif Əmirəli, Rauf Cabbarov
Qəbələ şəhər stadionu
