Azərbaycan Premyer Liqasında XXIV turun oyunları keçiriləcək.
Korner.az-ın məlumatına görə, turun görüşləri eyni gündə keçiriləcək.
Turun ilk oyunu Sumqayıtda keçiriləcək. Eyniadlı komanda “Neftçi”ni qəbul edəcək.
“İnter” AZAL-ı sınağa çəkəcək. Hazırda üçüncü pillədə qərarlaşan Zaur Svanadzenin komandası Avroliqaya vəsiqəni mümkün qədər tez əldə etmək autsayderlər görüşdə qələbəni hədəfləyirlər. AZAL isə elitanı tərk etməmək üçün bu oyunda mütləq qalib gəlməlidir.
Lider “Qarabağ” Respublika stadionun “Kəpəz”lə üz-üzə gələcək.
Turun mərkəzi matçı isə Qəbələdə oynanılacaq. “Qırmızı-qaralar” Zirəni qəbul edəcək.
16:30 “Sumqayıt” – “Neftçi” 2-0
Qollar: Bəxtiyar Həsənalızadə 60, Amil Yunanov 63
Hakimlər: Rəhim Həsənov, Knyaz Əmiraslanov, Cəmil quliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Şaiq Həmidov
“Kapital Bank Arena”
17:00 “İnter” – AZAL 2-1
Qollar: Denis Silva 48, Rauf Əliyev 90+1 // Nuqzar Kvirtiya 90+2
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Elşad Abdullayev, Fariz Yusifov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Kərim Ağayev
“İnter Arena”
18:30 “Qarabağ” – “Kəpəz” 2-1
Qollar: Dino Ndlovu 41, Markos Madera 47 // Renan Silva 26
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Vüsal Qənbərov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Məlik Həsənov
Tofiq Bəhramov adına Respublika stadionu
18:30 “Qəbələ” – “Zirə” 1-1
Qol: Sergey Zenyov 8 // Sezar Mezar Kolli 61
Hakimlər: İnqilab Məmmədov, İsgəndər Əliyev, Cavanşir Yusifov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Rövşən Əhmədov
Qəbələ şəhər stadionu
