Bu gün Avropa Liqasının 1/16 final mərhələsində 3 cavab oyunu keçiriləcək.
Korner.az-ın məlumatına görə, ilk matçda evdə 3:0 hesabıyla qalib gəlmiş “Mançester Yunayted” “Sent-Etyen”ə qarşı səfər oyununda bu üstünlüyünü qoruyub-saxlamağa çalışacaq.
“Fənərbaxça” isə “Krasnodar”la ev oyununda səfərdəki minimal hesablı məğlubiyyətin əvəzini çıxmaq üçün mübarizə aparacaq.
“Şalke” PAOK-la ev oyununa rahat çıxacaq. Saloniki təmsilçisinin evdəki 0:3 heablı məğlubiyyətin əvəzini çıxacağı o qədər də inandırıcı olmasa da, “Qarabağ”ın keçmiş rəqibinin taleyinə Helzenkirhendəki mübarizədən sonra tam aydınlıq gələcək.
Mərhələnin digər 13 cavab oyunu sabah keçiriləcək.
