Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq. İkinci oyun günündə daha 2 qarşılaşma keçiriləcək.
Turnirin favoritlərindən olan “Barselona” öz meydamında “Roma”nı sınağa çəkəcək. Matçın favoriti Kataloniya təmsilçisidir. “Qarabağ”la eyni qrupda mübarizə aparmış “Roma”nın çətin səfər oyununda hansı nəticəyə imza atacağı maraqla gözlənilir.
Digər görüşdə isə ingilis qarşıdurması olacaq. “Liverpul” Premyer Liqada çempionluğa yaxın olan “Mançester Siti”ni qəbul edəcək. “Siti” görüşə ciddi itki ilə çıxacaq. Belə ki, komandanın aparıcı üzvü Serxio Aquero bu gün meydanda olmayacaq.
4 aprel
Çempionlar Liqası
1/4 final, ilk oyunlar
22:45. “Liverpul” (İngiltərə) – “Mançester Siti” (İngiltərə) 3-0
Baş hakim: Feliks Brix (Almaniya)
22:45. “Barselona” (İspaniya) – “Roma” (İtaliya) 4-1
Baş haim: Danni Makiele (Hollandiya)
