Azərbaycan millisi bu gün DÇ-2018-in seçmə mərhələsində son oyununa çıxacaq. Robert Prosineçkinin komandası səfərdə Almaniyanın qonağı olacaq.
Azərbaycan yığması 9 tur ərzində 10 xal yığıb və Çexiyaya son məğlubiyyətdən sonra qrupda beşinci pilləyə enib. Dünyanı çempionatı vəsiqəni daha əvvəl təmin edən Bundestim isə seçmə mərhələdə hələ ki xal itirməyən 2 komandadan biridir.
DÇ-2018, seçmə mərhələ
X tur
8 oktyabr
C qrupu
22:45. Almaniya – Azərbaycan 5:1
Baş hakim: Andris Treimanis
Yan xətt hakimləri: Haralds Gudermanis, Aleksejs Spasjonnikovs
Dördüncü hakim: Aleksandrs Golubevs (hakimlər Latviyadandır)
Kayzerslaytern. “Fritz Valter Stadion”
