Yenidən Türkiyəyə qayıdır
07.02.2025 , 14:05

“Hall Siti”də çıxış edən Abdulkadir Ömür Türkiyəyə qayıdacaq.
Korner.az xəbər verir ki, futbolçunun xidmətində “Rizəspor”un maraqlı olduğu iddia olunur.
Tərəflər arasında artıq razılığın əldə olunduğu bildirilir.
25 yaşlı oyunçu Türkiyə klubunda icarə əsasında çıxış edəcək.
Bu mövsüm 21 matçda meydana çıxan Abdülkadir Ömür 1 məhsuldar ötürmə edib.
“Hall Siti” ötən mövsümün ortası transfer pəncərəsində “Trabzonspor”dan Abdülkadir Ömürü 2,5 milyon avroya heyətinə cəlb etmişdi. Türkiyə millisinin üzvünün İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilə qədərdir.
