Yenidən Premyer Liqaya qayıdır?
18.04.2025 , 12:43

Müqavilə ilə “Mançester Siti”yə məxsus olan, lakin “Milan”da icarə əsasında çıxış edən Kayl Uolker İtaliyada oynamaqdan məmnundu.
Korner.az-ın məlumatına görə, təcrübəli futbolçu yenidən Premyer Liqaya dönmək istəmir.
A seriyasındakı çıxıından razı qalan ingilis futbolçu daha bir neçə il burada çıxış etmək istəyir.
Qeyd edək ki, Uolker 6 aylıq icarə əsasında “Milan”da çıxış edir
