“Rəvan”ı seçməyimə bir neçə amil təsir etdi. Mən paytaxtda olmaq istəyirdim və “aslanlar” Bakı komandasıdır”.
Korner.az-ın məlumatına görə, bunu “Rəvan”ın yeni transferi Bəxtiyar Soltanov deyib.
İyunun 21-də 24 yaşı tamam olacaq Soltanov imzalama mərasimindən sonra klubun rəsmi saytına danışıb: “Üstəlik, baş məşqçi Ramil Əliyevlə danışdıqdan sonra gördüm ki, mənim üçün elə ən yaxşı variant “Rəvan”dır. İnşallah, əməkdaşlığımız uğurlu alınar. Növbəti mövsüm ən yüksək yerlər uğrunda oynamalıyıq. Çempionatda ümidləri doğrultmalıyıq. Yenidən öz oyunumu sərgiləyə bilsəm, milliyə də qayıda bilərəm. Hər halda, hər şey özümdən asılıdır. Oynayıb özümü göstərə bilsəm, yəqin milliyə də dəvət alaram”.
Qeyd edək ki, Bəxtiyar Soltanovla 2 illik müqavilə imzalanıb. O, yeni komandasında “27” nömrəli futbolkanı geyəcək.