Yenidən öz klubuna qayıda bilər
12.03.2025 , 11:45

Hazırda “Çelsi”də forma geyinən Ceydon Sanço yenidən “Mançester Yunayted”ə qayıda bilər.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Xəbərə görə, futbolçu hələ də London klubu ilə müqavilə ilə bağlı razılığa gələ bilməyib.
Belə olan halda “Çelsi” oyunçunu ya “Mançester Yunayted”ə qaytararaq böyük cərimə ödəmək, ya da onu alıb yenidən başqa bir kluba satacaq.
