Yenidən İtaliya millisinə qayıda bilər
26.01.2026 , 14:45
Marko Verratti İtaliya millisinə geri dönə bilər.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə bildirilir ki, 33 yaşlı yarımmüdafiəçi artıq milli komandaya kömək etmək niyyətini baş məşqçi Gennaro Qattuzoya çatdırıb.
Verratti sonuncu dəfə millidə 2023-cü ilin martında iştirak edib və Azzurri üçün 55 oyun keçirib.