Yenidən İngiltərə yolunda
13.02.2025 , 13:00

Hazırda “Əl-Hilal”da forma geyinən Joao Kanselo klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, ulduz oyunçunun İngiltərəyə qayıdacağı iddia olunur.
30 yaşlı müdafiəçinin xidmətində “Mançester Yunayted” maraqlıdır.
Portuqaliyalı futbolçunun Səudiyyə Ərəbistanı təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir.
Kanselonun transfer dəyəri 18 milyon avro olaraq qiymətləndirilir.
