Bu gün Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Zirə” Rumıniyanın “Astra” klubu ilə 0:0 hesablı bərabərlik əldə edərək, mübarizəni dayandırıb.
Matçdan sonra keçirilən mətbuat konfransında “Astra”nın baş məşqçisi Edvard Yordanesku oyun haqda fikirlərini bildirib:
"Oyunçularımı təbrik edirəm. Dünən də qeyd etdiyim kimi, oyun çətin oldu, "Zirə" ilk hissədə hücum planında daha güclü idi. Oyunçularımı bunahazırlamışdım. Bundan sonra növbti mərhələ ilə bağölı düşünə bilərik. Bunun üçün şadam. Qapımızda qol görmədiyimiz üçün də şadam ancaq mıyusam ki,bəzi epizodlardan istifadə edə bilmədikş Əks hücumlardan yaxşı istifadə edə bilmədik. Bu komanda gəncdi, 5-6 həftənin komandasıyıq. Yeni adaptasiya olmağa başlayırıq. Biz də səhvlərdən oynayırıq. "Zirə"ni də təbeik edirəm. Onlar vuruşdular. Ümid edirəm ki, bir gün Azərbaycan komandaları ilə yenə oynayaram. Şəhər çox gözəldi. "
Baş məşqçi daha sonra jurnalistlərin suallarını cavablandırıb:
– Simulasiya etməyiniz xüsusi tapşırıq idi, ya həmişə belə edirsiz?
– Bu futbol matçlarında olur. İlk oyunda da hesab 1:1 olanda "Zirə"nin imkanları olurdu, ancaq onlar da vaxtı uzadırdılar və simulasiyaya yol verirdilər. Futbolda belə şeylər olur. Bu strategiyadı və futbolda hər gün olur.
– "Zİrə"nin hansı futbolçusunu bəyəndiniz?
– Mən rəqib komandalarının futbolçuları haqda danışmağı sevmirəm çünki bu mənim işim deyil, bu rəqib komandanın baş məşqçisinin işidi. "Zirə"nin heyətində yaxşı futbolçularvar onlar istənilən anda fərq yarada bilərlər.
– Hakimlik barədə nə deyə bilərsiz?
– Düşünürəm ki, hakimlik normal idi. Oyunda böyük fərq yaratmadı. Ədalətli oyun oldu. Onları da başa düşmək lazımdı. Müəyyən təzyiqlər olurdu.
