"Yeni transferlərdən başqa 4-5 futbolçu da var ki, onlarla maraqlanırıq".
Bu sözləri Korner.az-a açıqlamasında "Sumqayıt" klubunun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov deyib. Azərbaycan Premyer liqasında və xaricdə oynayan futbolçularla maraqlandıqlarını deyən Məmmədov sözlərinə bu cür davam edib:
"Hələ konkret nəsə deyə bilməyəcəm. Ancaq ölkə daxilindən və xaricdən 4-5 futbolçular maraq dairəmizdədir. Demək olar hər mövqeyə futbolçu transfer edirik. Müdafiəçi, yarımmüdafiəçi, hücumçu qapıçı da var".
Mətbuat katibi transferlərə yaxın günlərdə aydınlıq gələcəyini bildirib.
