Hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ” bu gün sonuncu yoxlama matçına çıxıb.
Korner.az-ın məlumatına görə, əyalət təmsilçisi bu dəfə Superliqa klubu “Antalyaspor”la qarşılaşıb.
Bakı vaxtı ilə saat 20:00-da başlayan oyunda qalib müəyyənləşməyib – 2:2.
Qeyd edək ki, bu oyundan sonra “Qəbələ” hazırlıq prosesinin ikinci mərhələsini yekunlaşdıracaq və vətənə dönəcək.
13 iyul
Yoxlama oyunu
20:00. “Antalyaspor” (Türkiyə) – “Qəbələ” (Azərbaycan) – 2:2
Qollar: Zeki Yıldırım, 23, Lorenso Ebesilio, 32, Tita, 51, Lorenso Ebesilio 60
