Yeni transfer parladı, “Milan” yarımfinala yüksəldi
30.01.2019 , 11:03

İtaliya kubokunda ilk yarımfinalçı müəyyənləşib. 1/4 final mərhələsində doğma azarkeşləri önündə “Napoli”ni 2:0 hesabı ilə məğlub edən “Milan” adını növbəti mərhələyə yazdırıb. “Rossonyerlər”in hər iki qolunu yeni transfer Kşiştof Pyontek vurub.
İtaliya kuboku, 1/4 final mərhələsi
29 yanvar
“Milan” – “Napoli” – 2:0
Qollar: K. Pyontek, 11 (1:0), 27 (2:0)
30 yanvar
“Fiorentina” – “Roma”
“Atalanta” – “Yuventus”
31 yanvar
“İnter” – “Latsio”
