Yeni sloqan, yeni loqo – Şəkil
09.08.2018 , 16:07

İtaliya “A” seriyasının loqosu dəyişdirilib
Yeni loqonun əvvəlkindən gözə çarpacaq qədər fərqi yoxdur. Belə ki, əvvəl loqoda yumru olan hissə indi “A” hərfi şəklindədir.
İtaliya çempionatının yeni sloqanı isə “Həyəcanlandırıcı, cəlbedici, tam adrenalin”dir.
Qeyd edək ki, İtaliya kubokunun, Superkubokunun, eləcə də gənclər çempionatının da yeni loqosu təqdim olunacaq.
