“Yeni səhifə, eyni məqsəd”
28.06.2022 , 15:38

“Səbail”in yeni transferi Qustavo Moreno de França sosial şəbəkə hesabında paylaşım edib.
Korner.az xəbər verir ki, braziliyalı müdafiəçi “dənizçilər”ə keçidi ilə bağlı bunları yazıb:
“Yeni səhifə, eyni məqsəd. Tanrıya təşəkkür edirəm. Gəl, birlikdə gedək, “Səbail”!
Bakı klubu25 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalayıb.
