Yeni rekorda imza atdı
09.12.2024 , 15:58
“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer yeni rekorda imza atıb.
Korner.az xəbər verir ki, o, bunu İngiltərə Premyer Liqasının 15-ci turunda “Tottenhem”ə 2 qol vurmaqla həyata keçirib.
22 yaşlı futbolçu 2024-cü ildə İngiltərə Premyer Liqasında 25 qol və 13 məhsuldar ötürmənin müəllifidir.
Bununla da oyunçu “Çelsi”nin tarixində 1 il ərzində ən məhsuldar futbolçu olub.