Cümə günü İspaniya Futbol Federasiyasının yeni prezidenti Xavyer Tebas səlahiyyətlərinin icrasına başlayacaq.
Korner.az-ın məlumatına görə, Tebasın ilk işi ölkə futbolunda hegemonluq edən klublarla kasıb klublar arasındakı maddi durum fərqini azaltmaq olacaq.
Bunun üçün o, yayım hüququnun satışından əldə olunacaq 1 milyard avrodan kasıb klubların hər birinə 35 milyon ayıracaq. "Real" və "Barselona"ya isə 175 milyon avro düşəcək. Kasıblara ayrılan pulun artırılması varlı klublara təsirsiz ötüşəcək. Belə ki, Tebas aradakı fərqi yayım məbləğini bir qədər artırmaqla azaltmaq niyyətindədi.
