“Oyuna pis başladıq, ilk dəqiqələrdən rəqibə ardıcıl qol epizodları yaratmağa imkan verdik. İlk qoldan sonra oyunu bərabərləşdirə bildik. Əks-hücumlardan yararlana bilmədik”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Neftçi”yə məğlubiyyətdən sonra “Rəvan”ın baş məşqçisi Ramil Əliyev deyib.
Gənc çalışdırıcı bildirib ki, Miloş Adamoviçin meydandan qovulmasından sonra “Neftçi” kimi rəqibə qarşı oynamaq daha da çətinləşib: “Yeni oyunçuların komanda şəklində oynaması üçün zamana ehtiyac var. Qarşıdakı oyunlarda xallar qazanmağa çalışacağıq. İki oyunda ardıcıl məğlubiyyət pis nəticədir”.
